Bu bölmədə müştəri və tələbələrin qarşılaşdığı problemlər, tətbiq edilən həllər və əldə olunan nəticələr paylaşılır.
İZAHEDİCİ KEYS NÜMUNƏSİ
Məxfilik qorunmaqla təqdim edilən nümunə yanaşma.
Biznesdə satış olsa da, sahibkar mənfəətin hara getdiyini müəyyən edə bilmirdi.
Şəxsi xərclərlə biznes xərclərinin qarışdığı, əsas kapitalın istifadə edildiyi və daxili nəzarətdə boşluqlar olduğu aşkarlandı.
Xərclər kateqoriyalara ayrıldı, pul axını sistemi quruldu və rəhbərlik üçün maliyyə nəzarəti planı hazırlandı.
Sahibkar biznesin real maliyyə vəziyyətini görməyə və qərarlarını dəqiq məlumat əsasında verməyə başladı.