Vergi məsələsində kiçik bir yanlış qərar sonradan əlavə faiz, maliyyə sanksiyası və vaxt itkisi yarada bilər. Konsultasiya zamanı mövcud vəziyyətiniz təhlil edilir, mümkün risklər müəyyənləşdirilir və növbəti addımlar izah olunur.
Konsultasiyalar həm onlayn, həm də oflayn formatda keçirilir. Onlayn konsultasiya sizin tərəfinizdən uzadıldıqda, əlavə müddətə uyğun ödəniş tələb olunur. Mövzunu əvvəlcədən bildirirsiniz, sizə uyğun vaxtı birlikdə təyin edirik.
Biznesinizin vergi vəziyyəti ətraflı təhlil olunur. Nəticələr sizinlə müzakirə edilir, mövcud risklər müəyyənləşdirilir və onların aradan qaldırılması üçün addım-addım fəaliyyət planı hazırlanır.
Görüşlər zamanı planın icrası izlənilir, suallar cavablandırılır və ehtiyac olduqda əlavə tövsiyələr təqdim edilir.